“Bölgələrdə futbol həyəcanı başqa cür olur”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.
O, Azərbaycan Premyer Liqasının XXV turunun “Şamaxı” ilə səfər oyunundan (0:0) sona matç barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Azarkeşlər futbol ab-havası yaratmışdılar. İnanırıq ki, gələcəkdə bölgə komandaları artar. Belədə futbolun səviyyəsi də qalxar. Hər iki komanda qələbə üçün çalışırdı. Qol buraxmamaq sevindirdi. Amma neçə oyundur qol vəziyyətləri yaradır, istifadə edə bilmirik. Çatışmazlıqlar var. Bunları bilirik. Əvəzetmələr həlledici olur. Bu gün bir xal qazandıq. Rəşad Əzizlinin ayağında ağrılar var idi. Durumuna Bakıda müayinə olunduqdan sonra aydınlıq gələcək. Bütün oyun boyu eyni dinamikada oynaya bilmədik. Son dəqiqələrdə rəqib irəli atıldığından boşluqlar yaranmışdı. Heç-heçə ədalətli nəticə idi. Hər iki komanda qalib gələ bilərdi”.