Aftandil Hacıyev: “Heyətimiz imkan vermir”
12.03.2022 - 18:45
“Hansı heyətlə yola çıxacağımızı bilirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “CBC Sport”a açıqlamasında deyib.
O, Premyer Liqanın XIX turunun “Keşlə” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bu gün heyətimiz imkan vermir. Nə isə demək çətindir. Hər oyun dəyişikliklər edirik. Bəllidir ki, optimal heyətlə oynamaq çətin olur. Hazırda Qoxanın ağrıları var. Müayinədən sonra dəqiqləşəcək”.
Qeyd edək ki, çempionatın autsayderi ev oyununda 0:3 hesabı ilə uduzub.
0
0