AFFA Məşqçilər Komitəsinin üzvü, veteran mütəxəssis Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Fevralın 6-7-də Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Gözləntiləriniz nələrdir?
- Məncə, “Qəbələ”ni çıxmaq şərtilə digər komandaların hamısının şansı var. “Zirə” “Neftçi”ni məğlub etsə də, 1:0 hesabı hələ heç nə demək deyil. Çünki oyun da göstərdi ki, “Neftçi” rəqibinə qalib gələ bilər. Kubok matçları həmişə çempionatdan fərqlənir. Digər cütlüklərdə də istənilən nəticə qeydə alına bilər. Yalnız “Qarabağ”ın matçından başqa. Mənə elə gəlir ki, “Qarabağ” artıq yarımfinaldadır.
- “Zirə” – “Neftçi” cütlüyündə şansları necə qiymətləndirirsiniz?
- Məncə, taktiki “döyüş” olacaq. “Zirə” qol buraxmamağa və əks-hücumdan fərqlənməyə çalışacaq. Burada futbolçuların ustalıq səviyyəsi də ön planda olmalıdır. Ən əsası məşqçilərin taktiki gedişlərini vurğulamaq istərdim. İlk dueldə “Zirə” çox ağıllı oynadı. Bu komanda gündən-günə inkişaf edir. Ustalıq baxımdan hələ o səviyyədə oyunçuları yoxdur, amma futbolçular məşqçinin taktikasına sadiq, nizam-intizamlı çıxış edirlər.
- “Neftçi” birinci matçda topa daha çox sahib olsa da, ön xətdə heç nə edə bilmirdi. Bu hücum xətti ilə “Zirə”nin qapanan müdafiəsini yarmaq çətin olmayacaq?
- Mən “Zirə”nin oyununa diqqət çəkmək istəyərdim. Komanda top saxlamağı və ağıllı hücumlar qurmağı bacarır. Futbolçular baş məşqçinin bu tapşırığına məharətlə əməl edə bilirlər. Yalnız son 15 dəqiqədə müdafiəyə çəkildilər ki, bu da başadüşüləndir. Çünki həmin an qələbə hesabını qorumaq vacib idi. “Neftçi”nin isə hücumunda çox böyük problem var. Deyərdim ki, cavab görüşü daha maraqlı alınacaq.
- “Səbail” də ilk görüşdə “Sumqayıt” üzərində səfər qələbəsi qazanıb. Yəqin razısınız ki, paytaxt təmsilçisinin yarımfinal şansı daha yüksəkdir?
- “Neftçi” – “Zirə” matçı barədə dediyim fikirlər bu görüşə də şamildir. Burada da cəmi 1 qol vurulduğu üçün “Sumqayıt” ümidini itirməyib. Bu hesab o demək deyil ki, “Səbail”in şansı qat-qat çoxdur.
- İki il əvvəl kuboku qazanan “Qəbələ”yə yarımfinal şansı vermədiniz...
- “Qarabağ” oyunu ilə hər şeyi göstərir. Həm komanda, həm də oyunçular fərdi şəkildə yüksək ustalığa malikdir. Şəxsən onların bu üstünlüyü əldən verməsinə inanmıram.
- 1/4 finalda “Sabah”ı məğlub edən “Kəpəz” daha bir sensasiyaya “Keşlə” önündə imza ata bilərmi?
- Əlbəttə. “Kəpəz” gənc futbolçularla düzgün oyun quran komandadır, çox xoşuma gəlir. Əlbəttə, “Keşlə” daha güclü idi. Amma Gəncədə necə olacaq, bunu deyə bilmərəm. “Kəpəz” adətən öz meydanında çox istəkli, motivasiyalı olur. “Keşlə” bu cütlüyün qalibi olmaq üçün çox güc sərf etməlidir.
Ruslan Sadıqov
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb