Sabah start götürəcək Premyer Liqanın XXI turunu 5 futbolçu buraxacaq.
Apasport.az saytının məlumatına görə, XX turdan sonra cəzalı duruma düşən oyunçular dövrənin son matçında meydana çıxmayacaq.
“Qarabağ” “Səbail”lə qarşılaşmanı itki ilə keçirəcək. Çempionatın lideri Riçard Almeydanın xidmətindən məhrumdur.
İsnik Alimi “Qəbələ”nin “Keşlə” ilə ev matçından kənarda qalacaq. “Sumqayıt”la “Sabah”ın duelinə hər iki komanda itki ilə çıxmaq məcburiyyətindədir. Meydan sahibləri Vüqar Mustafayevin, qonaqlar Kristian Sebalyosun xidmətindən yararlana bilməyəcək.
“Neftçi”nin qonağı olacaq “Zirə”də də itki var. Qəsəbə təmsilçisi Qismət Alıyevi itirib.
Qeyd edək ki, cəzalı olan 5 futbolçudan dördü 4-cü, Mustafayev 8-ci sarı vərəqə aldığı üçün bu duruma düşüb.