“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının yaradılmasını zəruri hesab edir.
Apasport.az saytının məlumatına görə, bu layihənin yaradıcılarından olan Anyelli UEFA-nın hazırkı formatının uğursuz olduğunu bildirib.
O, Avropa Superliqasını yaratmaqda israrlı olduqlarını bildirib: “Əgər biz sabit bir turnir yaratmasaq, hər şey dağılacaq. UEFA-da monopoliya olub-olmamasına qərar verəcək hakimlərə güvənirəm. Bazara girib biznesinizi inkişaf etdirməyi bacarmalısınız. Klubların niyə gəlirlə bağlı itkilərə davam edir. Çempionlar Liqasına qatılmamaq bir çox klubun büdcəsini məhv edə bilər. Etiraf etmək lazımdır ki, indiki sistem işləmir”.
Qeyd edək ki, “Yuventus”, “Real” və “Barselona” rəhbərləri ümumilikdə 20 komanda olmaqla iki diviziondan ibarət turnir təşkil etməyi planlaşdırır.