Ansu Fati yenə zədələndi
27.10.2021 - 11:36
Ansu Fati yenə zədələndi

“Barselona”nın hücumçusu Ansu Fati yenidən zədələnib.

Apasport.az saytının məlumatına görə, bu barədə Kataloniya klubu xəbər yayıb.

Bildirilib ki, La Liqanın X turunda “Real”la (1:2) keçirilən matçdan sonra 18 yaşlı forvard sağ dizindən ağrılar hiss edib. Tibbi müayinədən keçən İspaniya millisinin üzvünün durumu hələ dəqiq bilinmir. Ancaq onun XI turda “Rayo Valyekano” ilə matçı buraxması gözlənilir.

Qeyd edək ki, “Rayo Valyekano” – “Barselona” görüşü bu gün keçiriləcək.