Antirekordun bir addımlığında – Messi
03.05.2021 - 09:28
Antirekordun bir addımlığında – Messi

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi növbəti dəfə penalti zərbəsindən yararlana bilməyib.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu La Liqanın “Valensiya” ilə görüşündə (3:2) şansı qaçırıb.

Bu, cənubi amerikalının İspaniya çempionatında qaçırdığı 14-cü penalti zərbəsidir. Messini La Liqa tarixinin antirekordundan bir belə xəta ayırır. “Atletiko” və “Real”ın sabiq oyunçusu Uqo Şançes 15 dəfə 11 metrlik nöqtədən qol vura bilməyib. Daim Messi ilə müqayisə olunan Kriştiano Ronaldo isə 11 belə səhv edib.

Bu görüşdə Lionel cərimə zərbəsindən fərqlənə bilib. Argentinalı futbolçu karyerasında 50-ci dəfə bu yolla qol vurub.
 

0