Anton Krivotsyuk milliyə çağırıldı
10.03.2022 - 09:38
Plotsk “Visla”sının müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Polşa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı müdafiəçi bu ay keçiriləcək yoldaşlıq görüşləri üçün yığmaya dəvət alıb. O, Malta və Latviya ilə matçlarda məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki oyun Maltada keçiriləcək.
0
0