Aqil Məmmədovla Şahrudin Məhəmmədəliyev geridə qaldı - Mateusdan rekord
24.05.2021 - 13:08
Aqil Məmmədovla Şahrudin Məhəmmədəliyev geridə qaldı - Mateusdan rekord

Azərbaycan Premyer Liqasının başa çatan 2020/21 mövsümündə ən çox quru oyun keçirən qapıçılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mövsümün ən yaxşısı Mateus Albino olub.

“Zirə”nin braziliyalı qapıçısı hamıdan çox – 13 matçda qapısını toxunulmaz saxlayıb. Son turda quru oyunlarının sayını 12-yə çatdıran Aqil Məmmədov 2-ci göstəriciyə imza atıb.

“Neftçi”nin qapıçısı “Qarabağ”ın əlcək sahibi Şahrudin Məhəmmədəliyevi geridə qoyub. Milliləşən legioner 11 görüşdə qol buraxmayıb.

İlk “üçlüy”ü Mehdi Cənnətov izləyir. “Sumqayıt”ın milliləşən rusiyalısı 10 quru oyuna malikdir.

“Qarabağ”ın ikinci qapıçısı Emil Balayev və “Səbail”in legioneri Nikolas Hagen hərəyə 7 belə qarşılaşma keçirib. Onlar da ilk “altılıq”da yer alıb.
 

0