“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunun transferini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Araz Abdullayevi heyətinə cəlb edib.
Son komandası Kiprin “Etnikos” klubu olan yarımmüdafiəçi ilə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu “Sumqayıt”da "78" nömrəli formada çıxış edəcək.
Araz “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və əsas milli komandamızın şərəfini qoruyub.
Qeyd edək ki, bunadək Vüqar Bəybalayev və Elşən Abdullayev də “Sumqayıt”la müqavilə imzalayıb.