“Ferensvaroş”la oyun “Yuventus”un hücumçusu Kriştianu Ronaldonun cari mövsüm Çempionlar Liqasında (ÇL) debüt matçı olub.
Apasport.az saytının məlumatına görə, qarşılaşmada start heyətində meydana çıxan portuqaliyalı superulduz ardıcıl 18-ci dəfə ÇL-də iştirak edib.
Bu isə turnir tarixinin ikinci ən uzun seriyasıdır. Rekord “Real”ın əfsanəvi qapıçısı İker Kasilyasa məxsusdur. İspaniya millisinin sabiq qolkiperi 1999-2019-cu illərdə ardıcıl 20 mövsüm Çempionlar Liqasında mübarizə aparıb.
Qeyd edək ki, Kriştianu Ronaldo koronavirusa yoluxduğu üçün ilk iki turda “Dinamo” (2:0) və “Barselona” (0:2) ilə oyunları buraxıb.
Ardıcıl 18-ci mövsümü - Ronaldonun
05.11.2020 - 01:39
0
0