Ardıcıl 4-cü qələbə
06.03.2022 - 20:27
Ardıcıl 4-cü qələbə

“Arsenal” qələbə seriyasını 4-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, London klubu Premyer Liqanın 28-ci turunda “Uotford”u 3:2 hesabı ilə məğlub edib.

Mikel Artetanın yetirmələri Liqa kubokunda “Liverpul”a 0:2 hesabı ilə uduzduqdan sonra meydandan xalsız ayrılmayıb. “Bernli” ilə qolsuz heç-heçədən sonra qələbələr sıralanır.

“Topçular” “Vulverhempton”a 1:0 və 2:1, “Brentford”a da 2:1 hesabı ilə qalib gəlib. Londonluların növbəti rəqibi “Lester” olacaq.