İspaniyanın “Atletiko” klubunun hücumçusu Joao Feliks karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, A seriyasının iki təmsilçisi portuqaliyalı ulduz futbolçunun xidmətində maraqlıdır.
Konkret olaraq “Yuventus” və “İnter” 21 yaşlı ön xətt oyunçusu ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. Ancaq italyanlar Feliksi pulla deyil, oyunçu dəyişikliyi ilə heyətə cəlb etməyi planlaşdırırlar. Bu mənada “qoca sinyora” argentinalı hücumçusu Paulo Dibalanı, “neradzurra” isə onun həmyerlisi olan qolçu Lautaro Martinesi “Atletiko”ya göndərməyə hazırdır.
Qeyd edək ki, “Atletiko” Joao Feliksi ötən ilin yayında 127,2 milyon avroya Portuqaliya “Benfika”sından alıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”