Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi yenidən İtaliyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu “Yuventus” argentinalı forvardın xidmətində maraqlıdır.
“Qoca sinyora” 27 yaşlı oyunçu üçün qarşı tərəfə artıq ilk təklifini göndərib. Turinlilər bu keçid müqabilində Paris klubuna İkardinin həmyerlisi Paulo Dibalanı verməyə hazırdır. Klublar ortaq məxrəcə gələ bilsə, mövsümün sonunda dəyişiklik reallaşacaq. Hazırda yeganə problem oyunçuların daha yüksək məvacib tələb etməsidir.
Qeyd edək ki, Dibalanın 2022-ci ilin, İkardinin isə 2024-cü ilin yayına qədər müqaviləsi var.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu