Arif Əsədov üçün arzuolunmaz komandalar – püşkatma öncəsi
03.03.2020 - 12:02
Arif Əsədov üçün arzuolunmaz komandalar – püşkatma öncəsi

“Proqnoz verməyi xoşlamıram. Hansı rəqibin düşməsindən asılı olmayaraq, hər biri ilə mübarizə aparıb, müsbət nəticə qazanmaq mümkündür”.

Bunu apasport.az saytına Azərbaycan millisinin köməkçi-məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının bu gün keçiriləcək püşkatma mərasimini dəyərləndirərkən deyib.

Hazırda Azərbaycan nümayəndə heyətinin tərkibində Amsterdamda olan Əsədov C liqasında potensial rəqiblər arasında arzuolunmaz komandaların adlarını sadalayıb. O, ümumilikdə bu liqanın 3 favoriti olduğunu düşünür: “Bu komanda düşsə yaxşı olar və ya bu komanda güclüdür düşüncəsi ilə onları bölmək istəmirəm. Potensial rəqiblərimiz olan ilk üç səbətdəki komandalardan ən güclülərini deyə bilərəm. Yunanıstan, Kosovo və Sloveniya qərarlaşdıqları səbətin ən arzuolunmaz yığmalarıdır. Bu üç komanda favorit kimi görünür”.

Qeyd edək ki, C liqasında mübarizə aparacaq Azərbaycan millisi püşkatma zamanı sonuncu - ən zəiflərin səbətində yer alacaq.