FİFA üzv ölkələrin milli komandalarının baş məşqçilərini iclasa çağırıb.
Apasport.az saytının məlumatına görə, onlayn formatda baş tutacaq toplantıya qurumun inkişaf direktoru Arsen Venger rəhbərlik edəcək.
Oktyabrın 19 və 21-də keçiriləcək iclasa digər yığmaların çalışdırıcıları kimi, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi də qatılacaq. Onlayn görüş zamanı futbolçu sağlamlığı, milli komandaların oyunları zamanı yaranmış fasilələr, dünya çempionatının tez keçirilməsi kimi bir çox məsələ gündəmə gətiriləcək.
Məsələ ilə bağlı açıqlama verən Venger baş məşqçilərin fikirlərinin onlar üçün önəmli olduğunu söyləyib: “Onların təklifləri bizim üçün dəyərlidir. Bir araya gəlmək imkanlarımız çox azdır. Bunları dəyərləndirmək lazımdır. Bu cür dialoqlar hamımıza futbolun dünyadakı mövqeyini qorumaq və bu idman növünü qlobal hala gətirmək üçün kömək olur”.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər