Arteta: “Dünyanın ən yaxşıları “Arsenal”a gəlmək istəyir”
12.01.2022 - 18:00
Arteta: “Dünyanın ən yaxşıları “Arsenal”a gəlmək istəyir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta ulduz futbolçu transferində problem yaşamadıqlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis dünya səviyyəli oyunçularla heyəti gücləndirəcəklərini vurğulayıb.

O, danışıq apardıqları oyunçuların “topçular”a keçməyə müsbət yanaşdıqlarını söyləyib: “Arsenal” tarixən dünyanın ən yaxşı futbolçularını hədəfə alıb. Dünyanın ən yaxşıları həmişə “Arsenal”a gəlmək istəyib. İndi də vəziyyət dəyişməyib. İstənilən oyunçu ilə danışanda gəlmək istədiyini bildirir. Bu, bizim güclü tərəflərimizdən biridir”.

Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 4-cü pillədə qərarlaşır.