Azərbaycan Premyer Liqasında ilk baş məşqçi istefası gerçəkləşə bilər.
Apasport.az saytının məlumatına görə, çempionatın autsayderi “Sabah” çalışdırıcı axtarışına çıxıb.
Hər mövsümün əvvəlində özünü iddialı göstərən, amma sonradan buna uyğun sərgiləməyən paytaxt təmsilçisi uğursuz startdan narazı qalıb. İlk iki turda həm xala, həm qola həsrət qalması Ramin Quliyevin kreslosunu laxladıb.
Gənc məşqçi komandasının bərbad startının acısını çəkə bilər. Çempionluq iddiasında olmayan “Səbail” və “Sumqayıt”a uduzan Bakı klubu hələ “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə üz-üzə gəlməyib.
Bu da klub rəhbərliyini ciddi narahat etməyə bilməz. Quliyevin getməsini nəzərdən keçirən “Sabah” yeni məşqçini ölkə xaricində axtarır.
Əslində, iddiası ilə nəticələri uzlaşmayan klubun çalışdırıcıları tez-tez dəyişməsi adi hala çevrilib. Yalnız debüt mövsümündə bir məşqçi – Elşad Əhmədov startdan finişə qədər postunda qalmağı bacarıb.
Son iki mövsümdə isə Əhmədovu İqor Ponomaryov, ardınca Jelko Sopiç əvəzləyib. Sonradan baş məşqçi gətirilən Visente Qomes isə postunu köməkçisi Quliyevə təhvil verib.
“Sabah” gənc məşqçiyə bir neçə oyunda da şans verməsi də istisna edilmir. Lakin avrokubokları hədəfləyən komanda qısa müddətdə liderlər sırasına, ən azı turnir cədvəlinin ilk yarısına yüksəlməlidir. Əks halda isə mütəxəssis axtarışlarını yekunlaşdıracaq klubda yeni təyinat qaçılmaz olacaq.
Qeyd edək ki, “Sabah” ilk turda “Səbail”ə 0:1, ardınca “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU