Avrokubokda ilki yubiley matçında - “Milan”ın
04.12.2020 - 10:58
İtaliyanın “Milan” klubu ilkə imza atıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi avrokuboklarda ilk dəfə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada geridönüş edərək qələbə qazanıb.
Bu, Avropa Liqasının qrup mərhələsinin V turunda baş verib. “Seltik”lə görüşdə 2 qol buraxan “Milan” sonradan 4 qol vurmaqla qalib gəlib. “San-Siro”dakı qarşılaşmayadək “rossonyeri”nin belə uğuru olmamışdı.
Şotiandiyalılarla matç həm də yubileylə yadda qalıb. “Milan” avrokuboklarda özünün 400-cü oyununu keçirib.
0
0