Avropa Liqası oyununa təyinat aldı - Əliyar Ağayev
13.09.2021 - 13:36
Avropa Liqası oyununa təyinat aldı - Əliyar Ağayev

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Avropa Liqasının “Midtülland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.

Qeyd edək ki, qrup mərhələsi çərçivəsində sentyabrın 16-da keçiriləcək matç Herninq şəhərində baş tutacaq.