Avropa Liqası üçün koronavirus təhlükəsi
23.02.2020 - 13:58
Avropa Liqası üçün koronavirus təhlükəsi

Avropa Liqasının “İnter” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan) matçının keçirilməsi təhlükə altına düşüb.

Apasport.az saytının məlumatına görə, buna koronavirusun İtaliyada da yayılması səbəb olub.

1/16 final mərhələsinin fevralın 27-də baş tutmalı olan cavab matçının başqa yerə keçirilməsi ehtimal edilir. Digər, daha real sayılan variant isə oyunun tamaşaçılarsız təşkil olunmasıdır.

Qeyd edək ki, komandalar arasında Bolqarıstanda keçirilən ilk qarşılaşmada italiyalılar 2:0 hesabı ilə qalib gəlib.