Avropa Liqasının iki oyunu keçirilməyəcək
11.03.2020 - 21:18
Avropa Liqasının iki oyunu keçirilməyəcək

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 matç keçirilməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA qərar verib.

Qitə futbol qurumu martın 12-də keçirilməli olan “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) qarşılaşmalarının baş tutmasını mümkünsüz sayıb: “İspaniya və İtaliya arasında səfərlərin İspaniya hökuməti tərəfindən məhdudlaşdırılması üzündən qarşılaşmalar “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” oyunları öncədən planlaşdırılan tarixdə keçirilməyəcək. Bu matçlar martın 12-də baş tutmalı idi. Bu iki görüşlə bağlı qərar yaxın gələcəkdə veriləcək”.