Avropa Super Liqası üçün yeni plan
22.02.2022 - 12:35
Avropa Super Liqası üçün yeni plan

Avropa Super Liqasını yaratmaq istəyi baş tutmayan klubların yeni layihəni həyata keçirmək israrı davam edir.

Apasport.az saytının məlumatına görə, Avropa Super Liqasından ayrılmaqdan imtina edən “Real”, “Barselona” və “Yuventus” bununla bağlı yeni plan hazırlayıb.

Adıçəkilən klublar yayda ABŞ-da mövsümöncəsi turnir təşkil etməyi planlaşdırır. Həmin turnir Super Liqaya hazırlıq xarakteri daşıyır. UEFA və FIFA-nın tələblərindən sonra turnirdə iştirakdan imtina edən klublardan hələlik yalnız “Milan” beynəlxalq turnirə qatılmağa ilkin razılıq verib.

“Real”, “Barselona” və “Yuventus” rəhbərliyi koronavirus pandemiyası səbəbindən itirdikləri pulları məhz ABŞ-dakı turnirlə sığortalamağı düşünür.