“Yuventus”un prezidenti Andrea Anyelli bu gün Avropa Superliqasının yeni layihəsini təqdim edəcək.
Apasport.az saytının məlumatına görə, o, idman-iqtisadi konqresdə çıxış edərək turnirin yeni layihəsi haqda danışacaq.
İlkin planda əhəmiyyətli dəyişikliklər edilib. Ötən ilin yayında “Yuventus”, “Real” və “Barselona” Superliqa ətrafında formalaşmış mənfi imicini dəyişmək üçün “Flint” və A22 agentliklərinə müraciət etmişdilər. Qərara alınıb ki, əsas problem ilkin olaraq yaradıcılar tərəfindən təklif olunan turnirin qapalı formatda keçirilməsidir.
Yeni layihəyə əsasən, Superliqada ümumilikdə 20 komanda olmaqla iki divizion təşkil ediləcək. Bununla klublar aşağı diviziona yuvarlana və yüksək liqaya qalxa biləcəklər.
Qeyd edək ki, Avropa Superliqasının yaradıcıları əvvəlcə turnirdə 12 komandanın iştirak edəcəyini, iştirakçıların tərkibinin dəyişməyəcəyini açıqlamışdı. Lakin ictimaiyyətin geniş etirazına görə 9 klub layihədə iştirakdan imtina edib. Yalnız “Barselona”, “Real” və “Yuventus” layihə üzərində işləməkdə davam edir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!