Avropa nəhəngləri Liqa1-in bombardirini istəyir
21.01.2022 - 20:49
Avropa nəhəngləri Liqa1-in bombardirini istəyir

“Lill”in hücumçusu Conatan Devidə transfer bazarında böyük tələbat var.

Apasport.az saytının məlumatına görə, Kanada millisinin üzvü konkret 4 klubdan təklif alıb.

“Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Real” 22 yaşlı forvardla maraqlandığını fransızlara bildirib. Həmçinin “Barselona”, “Çelsi” və “Tottenhem” də Devidin mümkün transferi ilə bağlı araşdırmalar aparır. Gənc oyunçu “Lill”i qış fasiləsində tərk etməyəcək. Ancaq Liqa1 təmsilçisi bombardirini mövsümün sonunda baha qiymətə satmağı planlaşdırır.

Qeyd edək ki, Conatan Devid bu mövsüm Liqa1-də 21 oyunda 12 qol vurub və “Monako”nun futbolçusu Vissam Ben Yedderlə birlikdə bombardirlər siyahısında birinciliyi bölüşür.