Avstraliyada da çempionat dayandırıldı
24.03.2020 - 10:03
Avstraliyada da çempionat dayandırıldı

Futbol üzrə Avstraliya çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Davam etdirilən azsaylı çempionatlardan biri olan “Yaşıl qitə”nin futbol liqası qeyri-müəyyən müddətə saxlanılıb. Avstraliya Futbol Federasiyası bu barədə qərarı yekdilliklə qəbul edib. Koronavirusla bağlı vəziyyəti izləyən qurum aprelin 22-də durumu yenidən qiymətləndirərək növbəti qərarını verəcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda Avstraliya çempionatında 51 xala malik “Sidney” liderdir.