Avtobusla toqquşmada öldü - 23 yaşlı futbolçu
04.01.2021 - 10:51
İspaniyanın “Atletik” klubunun yetirməsi Qandiaqi vəfat edib.
Apasport.az saytının məlumatına görə, bunu Bilbao təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Son vaxtlar “Hernik” klubunda çıxış edən yarımmüdafiəçi 23 yaşında ölüb. Onun ölümünə yol nəqliyyat hadisəsi səbəb olub.
Futbolçunun idarə etdiyi avtomobil avtobusla toqquşub. Qandiaqi qəzada dünyasını dəyişib.
0
0