Ay yarımlıq baş məşqçi – Fransa klubunda
10.02.2021 - 23:52
Fransanın “Nant” klubu baş məşqçisi Raymon Domeneki qovub.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın ardıcıl uğursuz nəticələr göstərməsidir.
Dekabrın sonlarında bu posta gətirilən 69 yaşlı çalışdırıcı Fransa kubokunda “Lans”a 2:4 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 oyunun 4-də heç-heçə edib, 4-də məğlub olub.
Fransa millisinin sabiq çalışdırıcısını bu postda Antuan Kombuare əvəzləyib.
0
0