Azərbaycan Premyer Liqasının XIII turunda bu gün “Sabah”la qarşılaşacaq “Sumqayıt”da koronavirus testinin cavabları açıqlanıb.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, yalnız bir futbolçuda testin cavabı pozitiv çıxıb.
Klub rəsmisi həmin oyunçunun adını açıqlamasa da, onun əvəzedici heyətdən cəlb edilən gənclərdən biri olduğunu söyləyib. Məmmədov həmçinin onu da əlavə edib ki, baş məşqçi Ayxan Abbasovun testi neqativ nəticələnib. Ancaq çalışdırıcı özünü yaxşı hiss etmir: “Ayxan müəllimin testinin cavabı neqativ çıxıb. Amma dünən axşamdan özünü narahat hiss etməyə başladı. Bugünkü matçda iştirak edib-etməyəcəyi yəqin ki, səhhətindən asılı olacaq”.
Qeyd edək ki, “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Sabah” oyunu saat 16:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”