Azar Bundesliqaya gedir
09.04.2022 - 16:36
Azar Bundesliqaya gedir

“Real”ın futbolçusu Eden Azar karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müqaviləsi 2024-cü ilin yayında başa çatacaq belçikalıya mövsümün sonunda klubdan ayrılmaq təklif olunacaq.

Edenin Dortmund “Borussiya”sına keçidi gözlənilir. O, yeni klubunda qardaşı Torqan Azarla birlikdə oynamaq imkanı qazanacaq.

Qeyd edək ki, Eden cari mövsüm Liqa1-də keçirdiyi 17 oyunda 1 assistə imza atıb.