Azar üçün 40 milyonluq təklif
18.01.2022 - 23:31
“Real”ın futbolçusu Eden Azar daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, belçikalı ulduzun xidmətində “Nyukasl” maraqlıdır.
İngiltərə klubu Azar üçün xərcə düşməyə hazırdır. Nyukasllılar 40 milyon avro təklif edib.
Lakin “Real” bu məbləğlə razılaşmayıb. İspaniya nəhəngi Eden üçün 50 milyon tələb edir.
Qeyd edək ki, Azarın özü “Çelsi”yə qayıtmaq arzusundadır.
0
0