Braziliya futbolunda daha bir maraqlı hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, bir azarkeşin ödədiyi pul sayəsində futbolçu meydana çıxıb.
Bu, A seriyasının XXXVII turunda “Flamenqo” ilə “İnternasional” arasında keçirilən görüşdə reallaşıb. Məsələ burasındadır ki, “İnternasional”da icarə əsasında çıxış edən Rodnieyin müqavilə ilə məxsus olduğu “Flamenqo”yla görüşdə iştirakı üçün qarşı tərəfə 133 min sterlinq ödəniş edilməli idi.
Azarkeşlərdən biri bu pulu verdiyi üçün 29 yaşlı sağ cinah oyunçusu start heyətində meydana daxil olub. Lakin 49-cu dəqiqədə qırmızı vərəqə alan Rodniey çempionluq yarışında komandasını çətin duruma salıb.
2:1 hesablı qələbə qazanan “Flamenqo” sona bir tur qalmış liderliyi ələ keçirib. “İnternasional” hazırda rəqibindən 2 xal geri qalır.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb