Azarkeşlərə ömürlük qadağa - İtaliyada
15.02.2020 - 13:17
"Kalyari" klubu azarkeşləri ilə bağlı sərt qərar qəbul edib.
Apasport.az saytının məlumatına görə, komandanın ev oyunları zamanı irqçi hərəkətlərə yol verdiyi aşkarlanan 3 fanata ömürlük stadiona girmək qadağası qoyulub.
Həmin şəxslərin aşkarlanmasında klubun təhlükəsizlik xidmətinin əməkdaşları köməklik göstəriblər. A seriyası təmsilçisi bunun qəbuledilməz hərəkət olduğunu və həmin 3 azarkeşin bir daha ev oyunları zamanı stadiona buraxılmayacağını bəyan edib.
Qeyd edək ki, "Kalyari" hazırda A seriyasının 8-ci pilləsində qərarlaşır.
0
0