Azarkeşlərlə keçirilə bilər – Super Liqa
06.05.2020 - 16:01
Azarkeşlərlə keçirilə bilər – Super Liqa

Türkiyə Super Liqasında son turların oyunlarına azarkeşlər buraxıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir deyib.

Bu gün video-mətbuat konfransı keçirən federasiya rəhbəri koronavirus pandemiyası ilə əlaqədar dayandırılan çempionat matçlarının əvvəlcə boş tribunalar önündə olacağını söyləyib. Lakin prezident ölkədə vəziyyət yaxşılığa doğru dəyişəcəyi təqdirdə, son 4 turda oyunların azarkeşlərlə keçirilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Super Liqası XXVI turdan sonra martın 19-da dayandırılıb. TFF mövsümün iyunun 12-də bərpa olunmasını qərara alıb.