Azərbaycan – Monteneqro matçının hakimləri açıqlandı
23.11.2021 - 09:46
Azərbaycan – Monteneqro matçının hakimləri açıqlandı
Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bakıdakı qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçda ədaləti Emanuela Rusta qoruyacaq. Ona Erinda Kume və Miryeta Salla köməklik edəcək. Dördüncü hakim funksiyasını Soada Tushay yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək.
0
0