Azərbaycan – Ukrayna matçlarının məkanı bilindi
27.11.2021 - 14:00
Azərbaycan – Ukrayna matçlarının məkanı bilindi

Futzal üzrə Azərbaycan millisinin Ukrayna ilə keçirəcəyi yoldaşlıq görüşlərinin məkanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komandamız rəqiblə iki dəfə üz-üzə gələcək.

Dekabrın 18-də və 19-da baş tutacaq hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) olacaq və saat 18:00-da başlayacaq.

Bu matçlar Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyacaq.