Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, Ukraynanın İvano-Frankivsk şəhərində baş tutacaq matçlarda Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan) və Deyan Veseliç (Sloveniya) ədaləti təmsil edəcəklər.
Stefan Kammerer (Almaniya) UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Çempionlar Liqası
Əsas mərhələ, 6-cı qrup
28 oktyabr
20:00. “Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan”
29 oktyabr
15:00. “Araz-Naxçıvan” - “Yunayted Qalati” (Rumıniya)
31 oktyabr
16:00. “Liqeni” (Kosovo) – “Araz-Naxçıvan”
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər