Azərbaycan derbisinin hakimləri açıqlandı
06.02.2022 - 12:24
Azərbaycan derbisinin hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah start götürəcək XV turun hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçının da ədalət təmsilçiləri müəyyənləşib. Azərbaycan derbisini Kamal Umudlu idarə edəcək.

Qeyd edək ki, turun matçları iki gün ərzində keçiriləcək.

7 fevral (bazar ertəsi)
“Keşlə” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 16:00

“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 19:00

8 fevral (çərşənbə axşamı)
“Sabah” – “Qəbələ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 17:00

“Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 19:15