“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində bu gün üçüncü oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, H qrupunda yer alan təmsilçimiz III tur matçında “Kayrat”ı qəbul edəcək.
Maraqlıdır ki, bu, Azərbaycan və Qazaxıstan klubları arasında avrokuboklarda ilk duel olacaq. Milli komandamız dəfələrlə Qazaxıstan yığması ilə həm yoldaşlıq görüşündə, həm də seçmə mərhələ matçlarında üz-üzə gəlib. Həmçinin klublarımız da təlim-məşq toplanışlarında adıçəkilən ölkənin komandaları ilə yoxlama görüşü keçirib. Ancaq klublarımızın indiyə qədər yolu Qazaxıstan təmsilçiləri ilə avrokuboklarda kəsişməyib.
Digər diqqətçəkən məqam isə odur ki, Azərbaycanın hansısa klubu oktyabrın 21-i tarixində ilk dəfə Avropa arenasında meydana çıxacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər