UEFA-nın İcraiyyə Komitəsi avrokuboklara qatılmayan klublara ödənilən vəsaitlə bağlı yeni modeli təsdiqləyib.
Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdən kənar qalan komandaların qazancı artacaq.
Bu, Azərbaycan da daxil olmaqla UEFA-ya üzv olan 55 ölkənin hər birinə şamil olunacaq. Klublara ödəniləcək vəsaitn ümumi həcmi də artırılacaq.
“Böyük beşliy”ə daxil olmayan assosiasiyaların həmrəylik ödənişlərindəki payı artırılıb. Əvəzində həmin 5 liqanın payı aşağı salınıb.
Komandaları Çempionlar Liqasında qrupa düşən və düşməyən assosiasiyalar arasında fərq azaldılıb.
Bazardakı çəkinin paya təsiri azaldılıb. Bölgü aydın ədalətli idman prinsiplərinə əsaslanıb.
UEFA turnirlərində iştirak etməyən klublara həmrəylik ödənişləri 4 faizə qədər artırılıb. Ümumi gəlirin 3,5 milyard avro olduğu halda bu ödənişlər 140 milyon təşkil edəcək. Bu rəqəm 3,5 milyardı keçdikdə isə gəlirlərin 30 faizi ödənişlərə əlavə olunacaq. Bu artım 35 milyonu keçməməlidir.
Avrokuboklara düşməyən komandalar arasında bölüşdürüləcək məbləğ 175 milyon avronu keçməyəcək. 2018-21-ci illərdə bu rəqəm 130 milyon idi.
“Böyük beşlik”dən kənar assosiasiyalar üçün bu rəqəm 132,5 milyon təşkil edəcək. Bu, əvvəlkindən 50 milyon artıqdır.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər