Azərbaycan klubunun APOEL-lə oyunun vaxtı dəyişdirildi
06.09.2019 - 16:22
Azərbaycan klubunun APOEL-lə oyunun vaxtı dəyişdirildi

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib. 

APA-nın məlumatına görə, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. 

Nikosiyadakı matç oktyabrın 2-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Cavab oyunu isə oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.

0
Qəbələ APOEL avrokubok