Azərbaycan komandalarının ilk qələbəsi - “Qəbələ”dən
21.01.2022 - 17:56
Azərbaycan komandalarının ilk qələbəsi - “Qəbələ”dən

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Elmar Baxşıyevin yetirmələri Antalya toplanışında ikinci sınağına çıxıb.

“Qırmızı-qaralar” Şimali Makedoniyanın “Boreç” klubu ilə üz-üzə gəlib. “İC Santai” otelinin futbol mərkəzində baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub. 

Matçın taleyini bir qol həll edib. Erkən qola sevinən Omar Hani “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırıb. Bu, Azərbaycan komandalarının 2022-ci ildə keçirilən oyunlarda ilk qələbəsi olub.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Polşa “Yagelloniya”sına 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu
21 yanvar
16:30. “Qəbələ” – “Boreç” (Şimali Makedoniya) - 1:0

Omar Hani, 11
“İC Santai” Futbol Mərkəzi