Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, AVRO-2021-in seçmə mərhələsində mübarizə aparan yığmamız Polşa ilə üz-üzə gəlib.
D qrupunun autsayderi olan millimiz ilk üç oyunda olduğu kimi yenə məğlubiyyətlə üzləşib. İlk 45 dəqiqədə 2 top buraxan Siyasət Əsgərovun yetirmələri “ASK Arena”dakı görüşün sonluğunda daha üç top buraxıb.
0:5 hesabı ilə uduzan komandamız tsikldə ən ağır məğlubiyyətini alıb. Polşa isə Bakıdakı qələbə ilə liderliyə yüksəlib.
Qeyd edək ki, millimiz səfərdə İspaniya, evdə Çexiya ilə oyunların hərəsində 4 cavabsız qol buraxıb, Moldova ilə rəqib meydanındakı görüşdə 1:3 hesabı ilə məğlub olub.
AVRO-2021-in seçmə oyunu
D qrupu
11 mart
18:00. Azərbaycan – Polşa – 0:5
Qollar: Eva Pajor, 19, 90+1, Aleksandra Şikora, 44, 90+3, Agata Tarjinska, 90
Baş hakim: Kristina Trandafir (Rumıniya)
Bakı. “ASK Arena”
|
1 |
Polşa |
3 |
2 |
1 |
0 |
10-0 |
7 |
|
2 |
İspaniya |
3 |
2 |
1 |
0 |
9-1 |
7 |
|
3 |
Çexiya |
3 |
2 |
0 |
1 |
12-5 |
6 |
|
4 |
Moldova |
3 |
1 |
0 |
2 |
3-13 |
3 |
|
5 |
Azərbaycan |
4 |
0 |
0 |
4 |
1-16 |
0 |