Azərbaycan millisində dəyişiklik – Hadi yığmada
19.01.2022 - 13:27
Azərbaycan millisində dəyişiklik – Hadi yığmada

Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 

Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. 

Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. 

Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.