Millətlər Liqasında V tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, noyabrın 17-18-də keçiriləcək son tur ərəfəsində turnirin ümumi sıralaması açıqlanıb.
C liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan yığmasının da mövqeyi bəlli olub. Keçirdiyi 5 qarşılaşmadan sonra topladığı 5 xalla qrup üçüncüsü olan Canni de Byazinin yetirmələri Millətlər Liqasında 42-cidir.
Yığmamız C liqasının digər qruplarının üçüncülərindən Gürcüstandan geri qalırsa, Litva və Kosovonu qabaqlayır. Ümumilikdə isə millimiz yalnız 13 komandadan öndə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Fransa başçılıq edir. Belçika 2-ci, Almaniya 3-cüdür.