Azərbaycan yığmasında yeni təyinat
13.01.2020 - 17:22
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, yığmada yeni təyinat rəsmiləşib.
Komandanın sabiq məşqçisi Üzeyir İbrahimov yenidən millidə çalışacaq. O, qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
Ü.İbrahimov baş məşqçi Samir Əliyevin istəyi ilə komandaya dəvət edilib. Onun son iş yeri U-17 yığması olub. Çalışdırıcı millidə Küveytə yollanan Ramiz Kərimovu əvəzləyib.
Qeyd edək ki, Ü.Ibrahimovun məşqçilər korpusunda yer aldığı U-19 yığması ilə Nikolay Adam və Vüqar Məmmədlə mərhələ adlayıb.
0
0
Üzeyir İbrahimov
Samir Əliyev
U-19