Azərbaycan yığmasının düşərgəsini tərk etdi - Mahir Emreli
07.10.2020 - 10:53
Azərbaycan yığmasının düşərgəsini tərk etdi - Mahir Emreli

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Mahir Emreli yığmanın düşərgəsini tərk edib.

Buna səbəb hücumçunun zədəli olmasıdır. O, Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, 13-də isə Kipr yığması ilə keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Qeyd edək ki, ilkin açıqlanan heyətdə bir neçə gün əvvəl də dəyişiklik baş verib və Mirbadulla Abbasov yığmaya qoşulub.
 

0
Mahir Emreli Azərbaycan yığması Millətlər Liqası