Azərbaycan yığmasının oyununa Fransa ermənisini təyin etdi - UEFA
07.10.2020 - 12:06
Azərbaycan yığmasının oyununa Fransa ermənisini təyin etdi - UEFA

Millətlər Liqasının Monteneqro – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunun III turunun qarşılaşmanı ispaniyalı ədalət təmsilçiləri idarə edəcək.

Podqoritsa şəhər stadionundakı görüşdə Rikardo de Burqos Benqoçea fit çalacaq. Onun köməkçiləri Roberto del Palomar və Pau Çebrian Devis olacaq. Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandez yerinə yetirəcək.

Oktyabrın 10-da baş tutacaq qarşılaşmada erməni əsilli fransalı Paskal Qaribyan hakim-inspektor, serbiyalı İqor Radoyiçiç UEFA nümayəndəsi olacaq.
 

0
UEFA Millətlər Liqası erməni hakim