"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Azərbayana dönüşü baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, bir müddətdir Premyer Liqa klubları ilə danışıq aparan braziliyalı hücumçu seçimini edib.
30 yaşlı forvard karyerasını Gürcüstanda davam etdirməyə hazırlaşır. Ötən ilin yayında "İrtış"dan ayrıldıqdan bəri klubsuz qalan Reynaldo Batumi "Dinamo"su ilə ilkin razılığa gəlib. Futbolçu fevralın 3-də Gürcüstana yollanacaq. Tibbi müayinədən uğurla keçsə, "Dinamo" ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, Reynaldo Silva 2013-2016 və 2019-cu ildə ölkəmizdə "Qarabağ"ın formasını geyinib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı