Azərbaycanda futbol federasiyalarına ayrılan vəsait bəlli oldu
28.01.2020 - 15:16
Azərbaycanda futbol federasiyalarına ayrılan vəsait bəlli oldu

AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə 2019-cu ildə ayrılan vəsaitin həcmi məlum olub. 

Apasport.az saytının məlumatına görə, bu məbləğ assosiasiyanın bugünkü Hesabat Konfransında açıqlanıb.

Vəsaitin ümumi məbləği 1 milyon 607 min 420 manat təşkil edib. Ötən il ərzində Futzal Federasiyasına 473 min 200, Futbol Veteranları İttifaqına 183 min 384, Regional Futbol Federasiyasına 221 min 490, Uşaq və Gənclər Federasiyasına 255 min, Çimərlik Futbol Federasiyasına 96 min 326, Əlillər Futbol Federasiyasına 49 min 670, Peşəkar Futbol Liqasına 204 min, İctimai Futbol Federasiyasına 16 min 300, Tələbə Futbol Federasiyasına 51 min 500 manat köçürülüb. Sahə Futbol Federasiyasına 75 min 500, Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası 22 min 500, İsgəndər Cavadov Bakı Futbol Akademiyası 26 min 550 manat ayrılıb. 
 

0
AFFA futbol federasiyalarına ayrılan vəsait büdcə